Geri qayıt Çap et

Atasının idarə etdiyi aqreqat uşağın həyatına son qoydu

Zərdabda 3 yaşlı uşaq ehtiyatsızlığın qurbanı olub.

DenMedia.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Qoruqbağı kəndində qeydə alınıb.

Belə ki, 2023-cü təvəllüdlü K. Ə. atası Yaqub Kərimlinin idarə etdiyi otbağlayan aqreqatın təkərinin altında qalaraq ölüb.

Hadisə yerinə rayonun hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.