Geri qayıt Çap et

Altı qolluq Avropa yürüşü: “Zirə” rəqibinə şans vermədi

Bakının “Zirə” klubu UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyununda Gürcüstanın “Torpedo” komandasını səfərdə darmadağın edib.

Gürcüstanda keçirilən qarşılaşma “Zirə”nin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı 25-ci dəqiqədə Eren Aydın açıb. 39-cu dəqiqədə Amin Seydiyev Bakı klubunun üstünlüyünü artırıb. 70-ci dəqiqədə yenidən fərqlənən Eren Aydın dubla imza ataraq yekun hesabı müəyyənləşdirib.

“Zirə” ilk görüşdə də rəqibini 3:0 hesabı ilə məğlub etmişdi. Beləliklə, Rəşad Sadıqovun komandası iki oyunun nəticəsinə görə 6:0 hesablı üstünlüklə II təsnifat mərhələsinə yüksəlib.

Növbəti mərhələdə Bakı klubu Estoniyanın “Paide” komandası ilə qarşılaşacaq.

DenMedia.az