Geri qayıt Çap et

“Sabah” TNS-ni məğlub edib növbəti mərhələyə yüksəldi

Azərbaycanın “Sabah” klubu UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Uelsin TNS komandasını səfərdə 2:1 hesabı ilə məğlub edib.

Valdas Dambrauskasın komandası iki oyunun nəticəsinə əsasən II təsnifat mərhələsinə yüksəlib.

“Sabah”ın qollarını 28-ci dəqiqədə Coy-Lens Mikels, 42-ci dəqiqədə isə Rəhman Daşdəmirov vurub. Meydan sahiblərinin yeganə qoluna 89-cu dəqiqədə Coş Lok imza atıb.

“Sabah”ın növbəti rəqibi Finlandiyanın KuPS klubu olacaq.

DenMedia.az