Geri qayıt Çap et

“Neftçi” Sloveniyadakı son yoxlama oyununda “Osiyek”ə məğlub oldu

Bakının “Neftçi” klubu Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununu keçirib.

Yuriy Vernidubun rəhbərlik etdiyi komanda Xorvatiyanın “Osiyek” klubu ilə qarşılaşıb.

Görüş rəqib komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Neftçi” daha əvvəl yoxlama oyunlarında Serbiyanın “Partizan” klubuna 1:0, Rumıniyanın ÇFR “Kluj” komandasına isə 2:1 hesabı ilə məğlub olub. Bakı təmsilçisi Serbiyanın “Radniçki Niş” klubunu isə 3:0 hesabı ilə məğlub edib.

DenMedia.az