Geri qayıt Çap et

Kolumbiya penaltilərdə büdrədi, İsveçrə 1/4 finalda

Futbol üzrə 2026-cı il dünya çempionatında son 1/4 finalçı müəyyənləşib.

İsveçrə millisi 1/8 final mərhələsində Kolumbiya yığmasını mübarizədən kənarlaşdırıb.

Oyunun əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb. Qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac yaranıb. Bu mərhələdə daha dəqiq oynayan İsveçrə futbolçuları 4:3 hesabı ilə qalib gəliblər.

Beləliklə, mundialda bütün 1/4 final cütləri formalaşıb.

1/4 finalda Fransa Mərakeşlə, İspaniya Belçika ilə, İngiltərə Norveçlə qarşılaşacaq. İsveçrə millisi isə turnirin son qalibi Argentina yığmasına qarşı mübarizə aparacaq.

DenMedia.az