Geri qayıt Çap et

DÇ-2026-da böyük duel: Fransa Mərakeşə qarşı

Futbol üzrə 2026-cı il dünya çempionatının 1/4 final mərhələsində Fransa və Mərakeş yığmaları qarşılaşacaq.

Matç iyulun 9-da keçiriləcək. Görüş Moskva vaxtı ilə saat 23:00-da, Bakı vaxtı ilə isə iyulun 10-u saat 00:00-da başlayacaq.

Fransa 1/8 finalda Paraqvayı 1:0 hesabı ilə məğlub edib. Oyunun yeganə qolunu Kilian Mbappe 70-ci dəqiqədə penaltidən vurub.

Mərakeş isə mundialın ev sahiblərindən biri olan Kanadanı 3:0 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.

Mərakeş millisinin heyətində Azzəddin Unahi dubl edib, daha bir qolu isə Sufyan Rahimi vurub.

Beləliklə, Fransa və Mərakeş mundialda yarımfinala gedən yolda bir-birinə rəqib olacaq.

DenMedia.az