Geri qayıt Çap et

Qanalı cadugər mundialın qalibini açıqladı

Qanadan olan cadugər Nana Kvaku Bonsam futbol üzrə dünya çempionatının qalibi ilə bağlı proqnoz verib.

AS nəşrinin məlumatına görə, Bonsam Portuqaliya millisinin mundialın qalibi olacağını iddia edib.

“Portuqaliya və Kriştianu dünya çempionu olacaq”, — deyə o bildirib.

Portuqaliya millisi 3 iyulda dünya çempionatının 1/16 final mərhələsində Xorvatiya ilə qarşılaşacaq.

Qeyd edək ki, futbol üzrə dünya çempionatı 11 iyunda start götürüb və 19 iyuladək ABŞ, Meksika və Kanadada davam edəcək. Turnirin hazırkı çempionu Argentina millisidir. Argentina 2022-ci ilin finalında Fransanı məğlub edərək dünya çempionu olmuşdu.

Daha əvvəl bəzi KİV-lər İranın ABŞ və İsraillə gərginlik fonunda mundialda iştirakdan imtina edə biləcəyi halda, Rusiyanın turnirə uayld-kard ala biləcəyini yazmışdı. Lakin sonradan İran millisi oyunlarının ABŞ-dan Meksikaya keçirilməsi ilə bağlı FİFA ilə danışıqlara başlayıb.

Mayın 18-də İran XİN-in rəsmi nümayəndəsi İsmayıl Bəqayi FİFA-nın İran millisinə dünya çempionatında iştirakı ilə bağlı zəmanət verdiyini açıqlamışdı.

DenMedia.az