Azərbaycanlı qarışıq döyüş növləri idmançısı Rafael Fiziyev Bakıda keçirilən UFC turnirinin əsas döyüşündə meksikalı Manuel Torresi məğlub edib.
Yüngül çəki dərəcəsində çıxış edən Fiziyev gecənin əsas qarşılaşmasında Torresi ikinci raundda nokaut edib.
33 yaşlı Fiziyevin MMA karyerasında 14 qələbə və 6 məğlubiyyət var. 31 yaşlı Manuel Torres isə karyerası ərzində 17 qələbə və 4 məğlubiyyət əldə edib.