FIFA 2026 Dünya Kubokunun I qrupunda üçüncü və son turun oyununda Seneqal və İraq milliləri üz-üzə gəlib.
Kanadanın Toronto şəhərində yerləşən BMO Field stadionunda keçirilən qarşılaşmada Seneqal millisi rəqibini 5:0 hesabı ilə məğlub edib.
Seneqala qələbə qazandıran qolları 4-cü dəqiqədə Habib Diarra, 56-cı dəqiqədə Sarr, 59 və 71-ci dəqiqələrdə Habib Gueye, 82-ci dəqiqədə isə Ndiaye vurub.

Bu nəticədən sonra Pape Tiawın rəhbərlik etdiyi Seneqal xallarını 3-ə çatdıraraq qrupu üçüncü pillədə başa vurub. İraq isə xal qazana bilmədən turnirlə vidalaşıb.
Seneqalın ən yaxşı üçüncü yerlər sırasında pley-offa yüksəlib-yüksəlməyəcəyi digər qruplarda keçiriləcək son tur matçlarından sonra bəlli olacaq.
Seneqal bu qələbə ilə həm də tarix yazıb. Komanda Dünya Kuboku matçında beş qol vuran ilk Afrika yığması olub.