Geri qayıt Çap et

Ekvadordan Almaniyaya zərbə: 2:1-lik qələbə pley-off gətirdi

Ekvador yığması futbol üzrə dünya çempionatının qrup mərhələsinin son turunda Almaniya millisini 2:1 hesabı ilə məğlub edib və turnirin pley-off mərhələsinə yüksəlib.

Qarşılaşma ABŞ-ın Nyu-Cersi ştatının İst-Raterford şəhərində yerləşən “Metlayf” stadionunda keçirilib.

Hesabı oyunun 2-ci dəqiqəsində Almaniya millisinin futbolçusu Leroy Sane açıb. Ekvador yığması 9-cu dəqiqədə Nilson Angulonun dəqiq zərbəsi ilə hesabı bərabərləşdirib. Qələbə qolunu isə 77-ci dəqiqədə Qonsalo Plata vurub.

Qrup mərhələsinin yekunlarına əsasən, Ekvador 4 xalla E qrupunda üçüncü yeri tutub. Qrupun lideri 6 xalla Almaniya olub. Eyni xala malik Kot-d’İvuar ikinci pillədə qərarlaşıb. Kürasao isə 1 xalla turniri sonuncu pillədə başa vurub.

DenMedia.az