Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldunun bacısı Kati Aveyru DÇ-2026-nın qrup mərhələsinin ikinci turunda Özbəkistanla oyundan sonra qardaşı barədə maraqlı paylaşım edib.
Portuqaliya həmin görüşdə Özbəkistan millisini 5:0 hesabı ilə məğlub edib. 41 yaşlı Ronaldu isə ilk hissədə dubl edib.
Kati Aveyru sosial şəbəkə hesabında qardaşını zarafatla “çox yük daşıyan qoca”ya bənzədib:
“Bir dəqiqə gözləyin. Mən belində çoxlu qovun daşıyan, əlində qoltuq ağacı olan bir qoca görürəm”, — deyə o yazıb.
Bu qarşılaşmadan sonra Ronaldu tarixdə altı fərqli dünya çempionatında qol vuran ilk futbolçu olub. O, 2006, 2010, 2014, 2018, 2022 və 2026-cı il mundiallarında fərqlənməyi bacarıb.
Özbəkistanla matçda portuqaliyalı futbolçu dünya çempionatlarında davam edən 10 oyunluq qolsuz seriyasına son qoyub.
Bundan əlavə, Ronaldu bu görüşdən sonra dünya çempionatlarında Portuqaliya millisinin ən yaxşı bombardiri olub. O, mundiallarda 10 qola çataraq həmyerlisi Eysebionu geridə qoyub.