Geri qayıt Çap et

İngiltərə və Qana 0:0 oynadı: Keyn Bekhemi keçdi

İngiltərə və Qana yığmaları DÇ-2026-nın qrup mərhələsinin ikinci turunda 0:0 hesablı heç-heçə ediblər.

Qarşılaşma ABŞ-nin Massaçusets ştatının Foksboro şəhərində keçirilib.

Bu oyun İngiltərə millisinin kapitanı Harri Keyn üçün xüsusi əhəmiyyət daşıyıb. O, milli komandada 116-cı oyununa çıxaraq Devid Bekhemi geridə qoyub və İngiltərə yığmasında ən çox oyun keçirən futbolçular siyahısında ilk üçlüyə daxil olub.

Matçda daha bir rekord qeydə alınıb. Cud Bellinqem 22 yaş 359 günlüyündə İngiltərə millisində 50-ci oyununa çıxaraq bu göstəriciyə çatan ən gənc futbolçu olub. O, bununla Ueyn Runinin rekordunu yeniləyib.

Qana millisinin start heyətində isə yarımmüdafiəçi Tomas Parti meydana çıxıb. O, Kanadanın viza verməməsi səbəbindən Panama ilə ilk oyunda iştirak edə bilməmişdi.

İngiltərə və Qana yığmaları daha əvvəl dünya çempionatlarında qarşılaşmamışdılar. Komandalar arasında yeganə oyun 2011-ci ildə yoldaşlıq görüşündə baş tutmuş və həmin matç 1:1 hesabı ilə yekunlaşmışdı.

Bu nəticədən sonra hər iki komandanın aktivində 4 xal var. İngiltərə ilk turda Xorvatiyanı 4:2, Qana isə Panamanı məğlub etmişdi.

DenMedia.az