Geri qayıt Çap et

İran millisinə Los-Ancelesi tərk etmək üçün bir neçə saat vaxt verildi

İran milli futbol komandasının baş məşqçisi Əmir Qalenoi mətbuat konfransında bildirib ki, komandaya Belçika ilə oyundan sonra Los-Ancelesi tərk etmək üçün cəmi bir neçə saat vaxt verilib.

“Biz uçmalıyıq”, - deyə Qalenoi açıqlamasında bildirib.

Qeyd edək ki, ÇM-2026-nın qrup mərhələsinin ikinci turu çərçivəsində keçirilən İran - Belçika matçı 0:0 hesabı ilə başa çatıb.

Qarşılaşma ABŞ-ın İnqlvud şəhərində yerləşən “SoFi” stadionunda keçirilib.

Oyunun 66-cı dəqiqəsində Belçika millisi azlıqda qalıb. Natan Nqoy birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

İran millisi isə 25-ci dəqiqədə hesabı açmağa yaxın olub. Mehdi Taremi fərqlənsə də, qol ofsayd səbəbindən ləğv edilib.

DenMedia.az