Geri qayıt Çap et

İsveç Niderland qarşısında ağır məğlubiyyət aldı

Niderland millisi ÇM-2026-nın qrup mərhələsinin ikinci turunda İsveç yığmasını darmadağın edib.

Qarşılaşma 5:1 hesabı ilə Niderland millisinin xeyrinə başa çatıb.

Bu qələbə ilə Niderland yığması qrupda mövqeyini gücləndirib və pley-off mərhələsinə vəsiqə uğrunda mübarizədə mühüm üstünlük əldə edib.

İsveç millisi isə ağır məğlubiyyətdən sonra növbəti oyunlarda xal qazanmaq üçün daha ciddi mübarizə aparmalı olacaq.

DenMedia.az