Hücumçu Lionel Messi Argentina millisinin tarixinə düşüb. O, milli komandanın heyətində qol vuran ən yaşlı futbolçu olub.
Bu barədə RBK məlumat yayıb.
Messi İslandiyaya qarşı keçirilən yoldaşlıq oyununda fərqlənib. Argentina yığmasının 3:0 hesablı qələbəsi ilə başa çatan matçda o, 38 yaş 11 ay 16 günlüyündə qol vurub.
Messi ikinci hissədə meydana daxil olub və 72-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.
Bununla da o, Anxel Labrunaya məxsus rekordu yeniləyib. Labruna 1957-ci ildə Argentina millisində 38 yaş 11 ay 8 günlüyündə qol vurmuşdu.
Labruna ümumilikdə Argentina millisinin heyətində 37 oyunda 17 qol vurub.
Messi isə səkkizqat “Qızıl top” sahibi, futbol tarixinin ən titullu oyunçusu və 2022-ci il dünya çempionudur.