Geri qayıt Çap et

The Athletic dünya çempionatı reytinqini təqdim etdi

The Athletic ekspertləri 2026-cı il dünya çempionatında iştirak edəcək milli komandaların reytinqini təqdim ediblər.

Siyahıda birinci yeri İspaniya millisi tutub. Analitiklər bu komandanı qarşıdakı mundialın əsas favoriti hesab edirlər.

İkinci pillədə hazırkı dünya çempionu — Lionel Messinin liderlik etdiyi Argentina millisi qərarlaşıb. İlk üçlüyü Fransa millisi tamamlayıb.

Ən güclü onluğa həmçinin Braziliya, Niderland, İngiltərə, Portuqaliya, Almaniya, Kolumbiya və Xorvatiya daxil olub.

Mərakeş millisi 11-ci, Uruqvay 12-ci, ABŞ isə 23-cü sırada yer alıb. Özbəkistan millisi reytinqdə 45-ci pillədə qərarlaşıb.

2026-cı il dünya çempionatı iyunun 11-də start götürəcək və ABŞ, Kanada və Meksika stadionlarında keçiriləcək.

DenMedia.az