Geri qayıt Çap et

Azərbaycan basketbolçuları Dünya Kubokunda yarımfinala yüksəldi

Azərbaycanın 3×3 qadın basketbol yığması Varşavada keçirilən Dünya Kubokunda yarımfinala vəsiqə qazanıb.

Dörddəbir final matçında baş məşqçi Ratomir Deliçin rəhbərlik etdiyi komanda Almaniya yığmasına 18:16 hesabı ilə qalib gəlib.

Finala çıxmaq uğrunda Azərbaycan basketbolçuları Fransa və ABŞ komandaları arasındakı qarşılaşmanın qalibi ilə mübarizə aparacaqlar.

Yarımfinal görüşləri və turnirin həlledici oyunu 7 iyunda keçiriləcək.

DenMedia.az