Geri qayıt Çap et

Azərbaycan millisi Avropa çempionatının finalına yüksəldi

Azərbaycan mini-futbol millisi Slovakiyada keçirilən Avropa çempionatının finalına yüksəlib.

Baş məşqçi Elşad Quliyevin rəhbərlik etdiyi komanda yarımfinal matçında Serbiya millisini məğlub edib.

Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Hesabı 12-ci dəqiqədə Xətai Bağırov açıb. Serbiya millisi 7 dəqiqə sonra Marko Vujoviçin qolu ilə bərabərliyi bərpa edib.

Daha sonra qalib penaltilər seriyasında müəyyənləşib. Bu mərhələdə daha dəqiq oynayan Azərbaycan futbolçuları finala vəsiqə qazanıblar.

Final oyunu 4 iyunda keçiriləcək. Azərbaycan millisinin rəqibi yarımfinalda Macarıstanı 5:1 hesabı ilə məğlub edən Ukrayna millisi olacaq.

DenMedia.az