Fransanın daxili işlər naziri Loran Nunes PSJ-nin Çempionlar Liqasının finalında qələbəsindən sonra başlayan iğtişaşların ümumilikdə nəzarət altında olduğunu bildirib.
Nazirin sözlərinə görə, ölkə üzrə 780 nəfər saxlanılıb.
Nunes bazar günü keçirdiyi mətbuat konfransında bildirib ki, bu rəqəm ötən il oxşar hadisə ilə müqayisədə 30 faiz çoxdur. Saxlanılanlardan 457 futbol azarkeşi və xuliqan nəzarətə götürülüb.
Toqquşmalar zamanı polis əməkdaşları da daxil olmaqla 219 nəfər xəsarət alıb.