Geri qayıt Çap et

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

Mini-futbol üzrə hazırkı Avropa çempionu olan Azərbaycan millisi 2026-cı il Avropa çempionatında ilk oyununu qələbə ilə başa vurub.

Bratislavada keçirilən turnirdə Azərbaycan yığması Avstriya millisini 1:0 hesabı ilə məğlub edib.

Bu barədə Azərbaycan Mini-Futbol Federasiyası məlumat yayıb.

F qrupunun start turunda Elşad Quliyevin rəhbərlik etdiyi komanda Avstriya seçməsindən üstün olub. Qarşılaşmada yeganə qolu oyunun 36-cı dəqiqəsində İsa Atayev vurub.

Azərbaycan millisinin qrup mərhələsində qarşıda daha iki oyunu var. Yığmamız 29 mayda İtaliya, 30 mayda isə Fransa ilə qarşılaşacaq.

DenMedia.az