FIFA-nın baş katibi Mattias Qrafström İran millisinin 2026-cı il dünya çempionatında iştirakı ilə bağlı komandanın nümayəndələri ilə müzakirə aparmağa hazırlaşır. Bu barədə Reuters agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, FIFA rəsmisi İran tərəfinə təhlükəsizlik zəmanətləri verməyə hazırdır.
FIFA-nın baş katibi Mattias Qrafström şənbə günü İstanbulda İran Futbol Federasiyasının nümayəndələri ilə görüşəcək və rəsmi şəxslərin ölkə ərazisinə buraxılması ilə bağlı narahatlıqlar fonunda İranı dünya çempionatında iştirakın təhlükəsiz olacağına əmin edəcək,— materialda qeyd olunub.
Turnirin qrup mərhələsi çərçivəsində İran millisi üç oyununu ABŞ ərazisində keçirməlidir. İlk qarşılaşma 16 iyunda Los-Ancelesdə Yeni Zelandiyaya qarşı, ikinci oyun 21 iyunda yenə Los-Ancelesdə Belçikaya qarşı, üçüncü matç isə 27 iyunda Sietldə Misirə qarşı baş tutacaq.