Geri qayıt Çap et

“Bavariya” Manuel Noyerlə müqaviləni uzatdı

Almaniyanın “Bavariya” futbol klubu qapıçı Manuel Noyer ilə yeni müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Müqavilə 2027-ci il iyunun 30-dək qüvvədə olacaq.

Növbəti mövsüm 40 yaşlı futbolçu üçün “Bavariya” heyətində 16-cı mövsüm olacaq. Noyer Münhen klubuna 2011-ci ildə “Şalke”dən keçib.

“Bavariya” forması ilə Noyer 13 dəfə Almaniya çempionu olub, 2 dəfə UEFA Çempionlar Liqasını, 6 dəfə Almaniya Kubokunu qazanıb.

Noyer həmçinin Almaniya millisinin heyətində 2014-cü il dünya çempionudur. O, milli komandada 124 oyun keçirib və yığmadakı çıxışını 2024-cü ildə başa vurub.

DenMedia.az