Geri qayıt Çap et

Ömər, Qurban və Orxan Avropa çempionatında medal qazandı

Azərbaycan güləşçiləri Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatının ikinci günündə üç medal qazanıblar.

DenMedia.az “Report”-a istinadla xəbər verir ki, ilk medalçılar yunan-Roma güləşində müəyyənləşib.

48 kiloqram çəki dərəcəsində çıxış edən Ömər Salmanov finalda rusiyalı Artyom Tkaçenko ilə qarşılaşıb. Rəqibinə 1:5 hesabı ilə uduzan güləşçimiz gümüş medal qazanıb.

55 kiloqramda mübarizə aparan Qurban Məcnunov da həlledici görüşdə Rusiya təmsilçisi ilə üz-üzə gəlib. Edem Payziyevlə gərgin keçən qarşılaşmada Qurban minimal fərqlə — 1:2 hesabı ilə məğlub olaraq Avropa vitse-çempionu olub.

65 kiloqram çəki dərəcəsində Orxan Həbibli bürünc medal uğrunda görüşdə ukraynalı Aleksandr Venetsi 9:0 hesabı ilə məğlub edib.

Beləliklə, Azərbaycan millisinin üzvləri yarışın ikinci günündə iki gümüş və bir bürünc medal əldə ediblər.