Geri qayıt Çap et

Aleks Dzanardi vəfat etdi

Keçmiş “Formula-1” pilotu, dördqat Paralimpiya çempionu italiyalı Aleks Dzanardi 60 yaşında vəfat edib.

Onun ölüm səbəbi açıqlanmayıb.

Dzanardi 1991–1994 və 1999-cu illərdə “Formula-1”də “Uilyams”, “Lotus” və “Cordan” komandalarının heyətində çıxış edib.

2001-ci ildə CART yarışlarında ağır qəza keçirən idmançının hər iki ayağı dizdən aşağı amputasiya olunmuşdu.

Buna baxmayaraq, o idman karyerasını davam etdirərək velosiped idmanına keçmişdi.

Sonradan Dzanardi Paralimpiya Oyunlarında böyük uğurlar qazanıb — 2012 və 2016-cı illərdə iki qızıl medal, həmçinin hər iki yarışda bir gümüş medal əldə edib.

O, iradəsi və qayıdışı ilə idman tarixində xüsusi yer tutan simalardan biri idi.

DenMedia.az