“Bavariya” Almaniya Kubokunun 2025/26 mövsümündə yarımfinalda “Bayer” üzərində qələbə qazanaraq finala yüksəlib. Leverkuzendəki “BayArena” stadionunda keçirilən oyun 0:2 hesabı ilə başa çatıb.
Vensan Kompaninin yetirmələri hər hissədə bir qol vurub. Hesabı 22-ci dəqiqədə Harri Keyn açıb.
Münhen təmsilçisi ikinci hissənin əlavə vaxtında nöqtəni qoydu.
90+3-cü dəqiqədə Luis Diasın dəqiq zərbəsi “Bavariya”nın qələbəsini rəsmiləşdirib.
Finalda “Bavariya” digər yarımfinalın qalibi ilə qarşılaşacaq. Həmin oyunda 23 aprel tarixində “Ştutqart” və “Frayburq” üz-üzə gələcək.
Qeyd edək ki, ötən mövsüm Almaniya Kubokunun qalibi finalda **“Arminiya”**nı məğlub edən “Ştutqart” olub.