Geri qayıt Çap et

Günay Qurbanova yarımfinala vəsiqə qazandı

Azərbaycan xanım güləşçisi Günay Qurbanova (59 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.

İdmançı 1/4 finalda Elena Bruqqerə (Almaniya) qalib gəlib.

Bununla da o, yarımfinalda çıxış etmək hüququ qazanıb.

DenMedia.az