Qarabağ FK yay transfer pəncərəsində heyətini gücləndirməyi planlaşdırır.
DenMedia.az azerisport.com-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Salifu Suma ilə maraqlanır. Qvineyalı vinger hazırda Malmö FF klubuna məxsusdur və icarə əsasında Polşanın Radomiak Radom komandasında çıxış edir. Bildirilir ki, Qarabağ yayda futbolçunu icarəyə götürməyə cəhd edəcək.
Qeyd edək ki, Suma ötən ilin yayında Zirə FK klubundan Malmö FF-ə transfer olunmuşdu. Həmin dövrdə “Zirə” oyunçunu komandada saxlamağa çalışsa da, İsveç klubunun daha sərfəli təklifi səbəbindən razılaşma mümkün olmamışdı.
Salifu Suma-nın Malmö FF ilə müqaviləsi 2029-cu il iyunun 30-dək qüvvədədir.