Azərbaycanlı cüdoçu Hidayət Heydərov Tbilisidə keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.
73 kq çəki dərəcəsində çıxış edən olimpiya çempionu yarımfinalda Türkiyə təmsilçisi Bilal Çiloğlunu məğlub edib.
Heydərov daha əvvəl 1/16 finalda Konstantinos Tsaparası (Yunanıstan), 1/8 finalda Dardan Çenananı (Kosovo), 1/4 finalda isə Dayan Bulemtapesi (Fransa) üstələyib.
Beləliklə, o artıq ən azı gümüş medalı təmin edib.
Finalda onun rəqibi gürcü cüdoçu Laşa Şavdatuşvili olacaq.
Qeyd edək ki, daha əvvəl Azərbaycan millisinin üzvlərindən Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıb.