Səkkizqat “Qızıl top” sahibi Lionel Messi İspaniyanın Kataloniya bölgəsində yerləşən “Kornelya” klubunun yeni sahibi olub.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Komanda Barselona vilayətinin Baş-Lyobreqat bölgəsini təmsil edir və hazırda İspaniya futbolunun beşinci divizionunda — Tercera RFEF liqasında çıxış edir. Klub xüsusilə öz akademiyası ilə tanınır.
Müxtəlif illərdə bu komandada David Raya, Jordi Alba, Keita Balde və Gerard Martin kimi futbolçular çıxış ediblər.
Qeyd edək ki, son dövrlərdə futbol ulduzları arasında klublara sərmayə yatırmaq tendensiyası güclənir. Yanvarda Dani Alves Portuqaliyanın “San-Juan-de-Ver” klubunun şəriklərindən biri olub, fevralda isə Cristiano Ronaldo İspaniyanın “Almeriya” klubunun səhmlərinin 25 faizini alıb.