Geri qayıt Çap et

AFFA qərar verdi: “Qarabağ” 700 manat cərimələndi

Azərbaycanın futbol klubu “Qarabağ” AFFA-nın İntizam Komitəsinin qərarı ilə 700 manat məbləğində cərimələnib.

Cərimə Ağdam klubunun dörd futbolçusunun Misli Premyer Liqasının XXVII turunda “Şamaxı” ilə keçirilən oyunda sarı vərəqə alması ilə bağlı tətbiq olunub.

Görüş qolsuz bərabərliklə başa çatıb — 0:0.

DenMedia.az