Almaniyanın "Bavariya" klubunun futbolçuları UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində səfərdə İspaniyanın "Real" komandasını 2:1 hesabı ilə məğlub edib.
Matçın 41-ci dəqiqəsində Luis Dias, 46-cı dəqiqəsində isə Harri Keyn **"Bavariya"**nın heyətində fərqlənib.
"Real" bir qolu 74-cü dəqiqədə Kilian Mbappenin dəqiq zərbəsi ilə geri qaytarıb.
Çərşənbə axşamı keçirilən digər oyunda İngiltərənin "Arsenal" klubu Lissabonda Portuqaliyanın "Sportinq" komandasını 1:0 hesabı ilə məğlub edib. Qələbə qolu 90+1-ci dəqiqədə Kai Haverts tərəfindən vurulub.
Cavab oyunları 15 aprel tarixində Münhen və Londonda keçiriləcək.