Geri qayıt Çap et

Zirə qələbə qazandı

Azərbaycan minifutbol çempionatının qalibi müəyyənləşib.

Bu barədə AZƏRTAC məlumat yayıb, DenMedia.az xəbər verir.

Bakı Tennis Akademiyasında keçirilən həlledici oyunda “Zirə” komandası “Birbaşa Bakı” ilə qarşılaşıb. 4:1 hesabı ilə qalib gələn “Zirə” ölkə çempionu olub.

Bürünc medallar uğrunda oyunda isə “Aznur” komandası “Sumqayıt” üzərində 6:4 hesabı ilə qələbə qazanaraq 3-cü yeri tutub.