“Fiorentina” İtaliya çempionatının 30-cu turunda “İnter”lə 1:1 hesablı heç-heçə edib.
Oyunda hesab artıq 1-ci dəqiqədə “İnter”in hücumçusu Françesko Espozito tərəfindən açılıb.
77-ci dəqiqədə isə “Fiorentina”nın yarımmüdafiəçisi Şer Ndur bərabərlik qolunu vurub.
Bu nəticə ilə “Fiorentina”nın bütün turnirlərdə 3 oyunluq qələbə seriyası başa çatıb. Komanda 30 oyundan sonra 29 xalla 16-cı yerdədir.
“İnter” isə 69 xalla liderliyini qoruyur.