Geri qayıt Çap et

Premyer Liqa: “Sabah” “Sumqayıt”ı inamla məğlub etdi

“Sabah” futbol üzrə Azərbaycan Misli Premyer Liqasının 25-ci turunda “Sumqayıt”ı 3:1 hesabı ilə inamlı şəkildə məğlub edib.

Oyun Bank Respublika Arena stadionunda keçirilib.

Ev sahibləri hesabı 24-cü dəqiqədə Kahim Parrisin qolu ilə açıb. 49-cu dəqiqədə Joy-Lance Mickels fərqi iki topa çatdırıb. 71-ci dəqiqədə isə Veljko Simic hesabı darmadağın səviyyəsinə yüksəldib.

Görüşün son dəqiqələrində “Sumqayıt” bir qol vura bilib — fərqlənən futbolçu Simon olub.

DenMedia.az