Geri qayıt Çap et

Azərbaycan millisi basketbol turnirində yarımfinala çıxdı

Azərbaycanın 3x3 basketbol üzrə qadın millisi FIBA Çempionlar Kubokunun yarımfinalına yüksəlib.

Banqkokda keçirilən turnirin B qrupunun son oyununda komandamız İspaniya yığması ilə qarşılaşıb. Görüş 16:11 hesabı ilə Azərbaycan basketbolçularının qələbəsi ilə başa çatıb.

Beləliklə, qrupda ikinci yeri tutan Azərbaycan millisi yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, turnirin qalibi Olimpiya təsnifat turnirinə lisenziya əldə edəcək.

Denmedia.az