UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda İngiltərənin Nyukasl və İspaniyanın Barselona komandaları 1:1 hesablı heç-heçə edib.
Görüş Nyukaslın meydanında keçirilib.
Matçın 86-cı dəqiqəsində Nyukaslın futbolçusu Harvi Barns hesabı açıb. 90+6-cı dəqiqədə isə Barselonanın oyunçusu Lamin Yamal penaltidən qol vuraraq hesabı bərabərləşdirib.
Cavab oyunu martın 18-də Barselonada keçiriləcək.
Bu cütün qalibi 1/4 finalda Atletiko (İspaniya) – Tottenhem (İngiltərə) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək. Madriddə keçirilən ilk oyunda Atletiko qalib gəlib.
Eyni vaxtda keçirilən digər matçda isə Atalanta İtaliyada öz meydanında Bavariyaya 1:6 hesabı ilə məğlub olub. Bu cütün qalibi Real Madrid – Mançester Siti qarşılaşmasının qalibi ilə oynayacaq.