Türkiyə Kubokunda 4-cü turun oyunları keçirilib.
“Beşiktaş” doğma meydanda “Rizespor”u 4:1 hesabı ilə darmadağın edib. İstanbul klubunun qollarını Mikael Murilyo, Salih Uçan, O Hyun Kyu və Kartal Yılmaz vurublar.
C qrupunda çıxış edən “Beşiktaş” 4 oyundan sonra 10 xal toplayaraq 1/4 finala vəsiqəni təmin edib. Qrupun digər oyununda isə “Fənərbağça” səfərdə “Qaziantep” üzərində 4:0 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.
Digər qarşılaşmalarda “Beyoğlu Yeni Çarşı” “Kocaelispor”u 1:0 hesabı ilə məğlub edib, “Erzurumspor” isə “Keçiörengücü”nü 4:2 hesabı ilə üstələyib.