Azərbaycan ilk dəfə Dünya Sumo Çempionatına ev sahibliyi edəcək.
DenMedia.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Yaponiyanın milli bayramı - İmperator Naruhitonun doğum gününə həsr olunmuş rəsmi qəbulda bildirib.
O qeyd edib ki, "İdman sahəsində əməkdaşlığımız yeni səviyyəyə çatır - tarixdə ilk dəfə olaraq Azərbaycan bu ilin oktyabr ayında Dünya Sumo Çempionatına ev sahibliyi edəcək ki, bu da idman əlaqələrimizin daha da möhkəmlənməsinə əhəmiyyətli töhfə verəcək".