Geri qayıt Çap et

Əfsanəlik yetmir – «Manchester United» Ronaldoya qapıları bağladı

İngiltərənin "Manchester United" futbol klubu əfsanəvi hücumçu Cristiano Ronaldonun komandaya geri qaytarılması variantını nəzərdən keçirmir.

Bu barədə Britaniyanın The i Paper nəşri məlumat yayıb.

41 yaşlı portuqaliyalı futbolçunun Səudiyyə Ərəbistanının Al-Nassr klubundan ayrılacağı halda ən real variantının Lissabonun Sporting klubuna qayıdışı ola biləcəyi bildirilir. Lakin bu, klubun maliyyə imkanları tapacağı təqdirdə mümkün hesab olunur. Eyni zamanda, futbolçunun ABŞ-ın MLS liqasında və ya Qətər çempionatında çıxış etməsi ehtimalları da müzakirə olunur.

DenMedia.az