Geri qayıt Çap et

“Əl-Nəsr”də gərginlik: Ronaldo oyunu buraxır

Portuqaliyalı hücumçu Kriştianu Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubundakı mövcud vəziyyətdən narazıdır və bu səbəbdən matçlarda iştirakdan imtina edir. Bu barədə Portuqaliyanın A Bola nəşri məlumat yayıb.

Mənbənin yazdığına görə, Ronaldo “Əl-Nəsr”in “Ər-Riyad”la növbəti oyununu buraxmaq niyyətindədir. Futbolçu klubun idarə olunma formasından, xüsusilə də Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun (PIF) qərarlarından narazıdır. Onun fikrincə, “Əl-Nəsr”ə kifayət qədər maliyyə yatırımı edilmir.

Ronaldo hesab edir ki, klub rəhbərliyinin siyasəti “Əl-Nəsr”ə zərər vurur. O, bu vəziyyəti transfer bazarında daha fəal olan “Əl-Hilal”la müqayisə edərək narazılığını daha da açıq şəkildə ifadə edir.

Qeyd edək ki, Kriştianu Ronaldo 2023-cü ildən “Əl-Nəsr”in formasını geyinir. Ulduz futbolçunun klubla müqaviləsi 2027-ci ilə qədər qüvvədədir.

DenMedia.az