Geri qayıt Çap et

Formula-1 ikonası Şumaxerin vəziyyəti ilə bağlı yenilik

Avtoidmançı, Formula-1 üzrə yeddiqat dünya çempionu Mixael Şumaxer artıq yatağa məhkum deyil və əlil arabasında hərəkət edə bilir. Bu barədə Daily Mail nəşri məlumat yayıb.

Xatırladaq ki, Şumaxer 2013-cü ildə Fransız Alp dağlarında xizək sürərkən ağır kəllə-beyin travması almış və uzun müddət süni tənəffüs aparatına qoşulu vəziyyətdə qalmışdı. Bu barədə “Radiotoçka NSN” Telegram kanalı da məlumat yayıb.

Daily Mail-in yazdığına görə, hazırda 57 yaşlı əfsanəvi alman pilot tibb işçilərinin köməyi ilə əlil arabasında hərəkət edir. Bildirilir ki, Mixael Şumaxer hazırda Mayorka adasında, dağ silsiləsində yerləşən bir malikanədə yaşayır.

DenMedia.az