Azərbaycan Üzgüçülük Federasiyasının ümumi yığıncağı keçirilib.
Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Açılış nitqi ilə federasiyanın prezidenti Zaur Əliyev çıxış edib, ötən ilin yekunları və təşkilatın prioritetləri barədə məlumat verib.
Daha sonra söz gənclər və idman naziri Fərid Qayıbova verilib. O, federasiyanın fəaliyyətini müsbət qiymətləndirib və gələcək işlərində uğurlar arzulayıb.
Təşkilatın baş katibi Oqtay Atayev gündəlikdəki məsələlər üzrə hesabat təqdim edib, həmçinin federasiyanın fəaliyyəti və 2025-ci ildə görülmüş işlər barədə məlumat verib. Səsvermənin nəticələrinə əsasən təşkilatın yeni nizamnaməsi qəbul olunub.
Bundan əlavə, ümumi yığıncağın qərarı ilə Jalə Əhmədova Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti seçilib.