Geri qayıt Çap et

Dünya futbolunun simvolu: Messi üçün 21 metrlik abidə - Foto

Argentina milli komandasının və “İnter Mayami”nin hücumçusu Lionel Messi Hindistanın Kəlküttə şəhərində ona həsr olunmuş 21 metrlik heykəlin açılışından sonra təəssüratlarını bölüşərək bunu özü üçün böyük şərəf adlandırıb. Onun sözlərini Asian News International sosial şəbəkə X-də yayımlayıb.

“Kəlküttə sakinlərinin həm milli komandaya, həm də mənə göstərdiyi dəstək məni çox sevindirir. Burada özümü çox yaxşı hiss edirəm,” – deyə Messi bildirib.

Dekabrın 12-də Messi Hindistana, ona həsr olunmuş 20 metrlik heykəlin açılış mərasimi üçün səfər edib. Tədbir “Salt Leyk” stadionunda baş tutub. Messi heykəlin açılışını videobağlantı vasitəsilə izləyib, daha sonra mühafizə və polis müşayiəti ilə stadionun meydançasında qısa gəzinti edib, tribunadakı azarkeşlərə əl yelləyib və təxminən 20 dəqiqə sonra stadionu tərk edib. Bundan sonra isə narazı azarkeşlər iğtişaş törədiblər.

DenMedia.az