Geri qayıt Çap et

Superkompüter seçimini etdi: “Arsenal” zirvədə

İngiltərənin “Arsenal” klubu UEFA Çempionlar Liqasının cari mövsümündə çempionluğa əsas namizəd hesab olunur. Analitik platforma Optanın superkompüterinin hesablamalarına görə, London təmsilçisinin turniri qazanmaq ehtimalı 22,46% təşkil edir.

Ən real namizədlər üçlüyündə “Bavariya” (19,20%) və “Mançester Siti” (17,43%) də yer alır. PSJ isə 16,63% ehtimalla favoritlər siyahısında dördüncü pillədə qərarlaşıb.

DenMedia.az