Geri qayıt Çap et

Milyonların döyüşü: F-1-in ən varlı pilotları açıqlandı

Forbes jurnalı 2025-ci il mövsümünün nəticələrinə əsasən ən çox qazanan Formula-1 pilotlarının yenilənmiş siyahısını dərc edib.

Reytinqin zirvəsində yenə də Red Bull sürücüsü Maks Ferstappen qərarlaşıb — o, artıq beşinci ildir ardıcıl olaraq birinci yerdədir.

Verilən məlumata görə, Ferstappenin ümumi gəliri 76 milyon dollar təşkil edib. Bunun 65 milyonu maaş, 11 milyonu isə müxtəlif bonuslardır.

İkinci yeri Ferrari-də debüt edən yeddiqat dünya çempionu Lyuis Hemilton tutub. Onun gəliri 70,5 milyon dollar olub.

Üçlüyü isə hazırkı dünya çempionu Lando Norris tamamlayıb — onun ümumi qazancı 57,5 milyon dollardır, bunun böyük hissəsi (39,5 milyon dollar) bonus ödəmələridir.

Dördüncü yerdə Norrisin komanda yoldaşı, McLaren pilotu Oskar Piastri qərarlaşıb — 37,5 milyon dollar.

Mövsümün ən çox qazanan ilk 10 pilotunun ümumi gəliri 363 milyon dollar təşkil edib. Bu, ötən illə müqayisədə 15% çoxdur.

DenMedia.az