Geri qayıt Çap et

Kralın yeni cəngavəri: David Beckhem rəsmi olaraq təltif olundu

“Championat” nəşrinin məlumatına görə, Böyük Britaniya kralı III Karl İngiltərə yığmasının keçmiş futbolçusu David Beckhemi rəsmi olaraq cəngavərlik titulu ilə təltif edib.   

Bekhem 2005-ci ildən UNICEF-in xoşməramlı səfiri kimi fəaliyyət göstərir, 2015-ci ildə isə dünyadakı həssas vəziyyətdə olan uşaqlara dəstək məqsədilə “7 Fund” adlı xeyriyyə fondu yaradıb.

Futbolçu karyerasının böyük hissəsini “Mançester Yunayted” klubunda keçirib. O, komanda ilə birlikdə 6 dəfə İngiltərə Premyer Liqasının, 2 dəfə ölkə kubokunun qalibi olub. 1999-cu ildə “Mançester Yunayted” Çempionlar Liqasını qazanıb.

2003-cü ildə Bekhem Madrid “Real”ına keçib və orada da çempionluq titulu əldə edib. Dörd il sonra, İspaniyadan ayrılaraq, ABŞ-da MLS liqasına transfer olunub.

David və Viktoriya Beckhem 1999-cu ildən evlidirlər. Cütlük üç oğul və bir qız övlad böyüdür.

DenMedia.az