Geri qayıt Çap et

“Qarabağ”ın gəncləri “Benfika”ya 1:7 uduzdu

Bu gün UEFA Gənclər Liqasının əsas mərhələsi start götürür.

“Denmedia.az” xəbər verir ki, Çempionlar Liqasının “Benfika” – “Qarabağ” matçı ilə yanaşı bu gün adları çəkilən klubların gənclərdən ibarət komandaları (U-19) da üz-üzə gələcəklər.

Oyun Bakı vaxtı ilə saat 14:00-da Lissabondakı “Kayşa Futeboç Kampuş” arenasında keçiriləcək.

Qeyd edək ki, “Qarabağ”ın U-19 komandasına veteran futbolçu Rəşad Sadiqov rəhbərlik edir.

Xatırladaq ki, Ağdam təmsilçisinin gənclər komandası yarışın Liqa mərhələsində ümumən 6 oyun keçirəcək.

UEFA Gənclər Liqası, I tur

“Qarabağ” – “Benfika”

***

“Benfika” 6-cı dəqiqədə hesabı açır - 1:0

***

“Benfika” hesabı 2:0 edir.

***

Rəqib 17-ci dəqiqədə 3-cü qolu qapımıza vurur.

***

“Benfika” 4-cü dəfə fərqlənir.

***

26-cı dəqiqədə hesab 5:0 olur.

***

38-ci dəqiqədə “Benfika” 6-cı dəfə fərqlənir.

***

İlk hissə başa çatdı

***

İkinci hissə başladı

***

61-ci dəqiqədə hesab 7:0 oldu.

***

“Qarabağ” hesab arasındakı fərqi azaldır. Əli Qazıbəyov 85-ci dəqiqədə fərqlənir.

***

Matç başa çatdı.