Geri qayıt Çap et

"Beşiktaş"ın yeni baş məşqçisi məlum oldu

Türkiyənin "Beşiktaş" komandasının yeni baş məşqçisi bəlli olub.

Denmedia.az xəbər verir ki, İstanbul klubu Sərgən Yalçınla anlaşıb.

Mütəxəssis bu vəzifədə ötən gün istefaya göndərilən Ule-Qunnar Sulşeri əvəzləyəcək. Onunla 2 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, S.Yalçın 2020-2021-ci illər mövsümündə "Beşiktaş"ın baş məşqçisi olub, komandaya Türkiyə çempionluğunu və ölkə kubokunu qazandırıb.