Geri qayıt Çap et

“Qarabağ” qalib gəldi: 3-1 – YENİLƏNİB

“Ferentsvaroş” hesabı açır. 29-cu dəqiqədə Varqa komandasını hesabda irəli keçirir.

***

Fasilə.

***

İkinci hissə başladı.

***

Marko Yankoviç 49-cu dəqiqədə hesabı bərabərləşdirir.

***

Medina 62-ci dəqiqədə Ağdam təmsilçisini hesabda önə çıxarır.

***

85-ci dəqiqədə Musa Qurbanlı hesab arasındakı fərqi artırır.

*****

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Ferentsvaroş” (Macarıstan) – “Qarabağ” matçı start götürüb.

Qarşılaşma “Qroupama Arena” stadionunda keçirilir.

Görüşü portuqaliyalı FIFA referisi Juan Pedru da Silva Pineyru idarə edir.

***

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanda “Ferensvaroş”la “Qarabağ” arasında keçiriləcək ilk oyun üçün start heyətləri açıqlanıb.

Denmedia.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandalar bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar.

“Ferensvaroş”: 90. Denes Dibuş, 3. Stefan Qartenmann, 28. Toon Raemaekers, 22. Qabor Salai, 25. Cebrail Makrekis, 64. Aleks Tot, 23. Bense Etvöş, 36. Qavriel Kaniçovski, 47. Kallum O’Douda, 75. Lenni Jozef, 19. Barnabaş Varqa

Baş məşqçi: Robbi Kin

“Qarabağ”: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 90. Nəriman Axundzadə

Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 27-də Bakıda keçiriləcək.