Geri qayıt Çap et

İran ABŞ-nin “gözünü” hədəfə aldığını açıqladı

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndə ABŞ hərbçilərinə məxsus radar sisteminə zərbə endirdiyini açıqlayıb.

İranın “Nour News” agentliyinin məlumatına görə, SEPAH-ın Aerokosmik Qüvvələri Bəhreyn ərazisində yerləşən ABŞ-nin erkən xəbərdarlıq radar sistemini hədəfə alıb.

Bildirilib ki, hücum İranın Sirik şəhərinə endirilən hava zərbəsinə cavab olaraq həyata keçirilib.

SEPAH-ın açıqlamasına əsasən, bir neçə saat əvvəl həyata keçirilən əməliyyat zamanı ABŞ-nin hərbi obyektinə dəqiq zərbə endirilib və radar sistemi tamamilə məhv edilib.

Denmedia.az